Azərbaycan və EBRD su-şəhər infrastrukturu layihələrini müzakirə ediblər
Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında su və şəhər infrastrukturu ilə bağlı imzalanması nəzərdə tutulan layihələr müzakirə edilib.
"Far.Az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirin I müavini Anar Kərimov EBRD-nin Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Natali Mouravidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə imzalanması nəzərdə tutulan layihələr üzrə işlərin gedişi, eləcə də su və şəhər infrastrukturu sahələrində prioritet istiqamətlər müzakirə edilib.
A.Kərimov bildirib ki, özəl sektorun dəstəklənməsi, şəhər infrastrukturunun gücləndirilməsi, ətraf mühitin davamlılığının təmin edilməsi və kommunal xidmətlərin keyfiyyətinin artırılması istiqamətində EBRD Azərbaycanın əsas tərəfdaşlardan biridir. O, qeyd edib ki, icra edilən layihələr strateji əhəmiyyət daşıyır, onlar mərhələli şəkildə, fiskal dayanıqlılıq və effektiv maliyyələşmə prinsipləri nəzərə alınmaqla həyata keçirilməlidir.
Azərbaycan rəsmisi əlavə edib ki, Gəncə və Şəki şəhərlərində həyata keçirilən layihələr yalnız şəhər infrastrukturunun modernləşdirilməsi və əhalinin keyfiyyətli su təminatını təmin etmək baxımından deyil, həm də şəhərlərdə ekoloji standartların yüksəldilməsi, kommunal xidmətlərin səmərəliliyinin artırılması baxımından böyük əhəmiyyət daşıyır.
Öz növbəsində, N.Mouravidze Azərbaycanla uzunmüddətli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Bank üçün əsas prioritetlərdən birinin su və şəhər infrastrukturu sahələrində layihələrin icrasının sürətləndirilməsi, eləcə də növbəti mərhələlər üzrə maliyyələşmənin səmərəli və məqsədyönlü çərçivədə strukturlaşdırılması olduğunu bildirib. O, eyni zamanda yaşıl keçid, iqlim maliyyələşməsi və texniki dəstək mexanizmlərinin genişləndirilməsi istiqamətlərində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüş zamanı, həmçinin Bakı–Abşeron regionu üzrə nəzərdə tutulan genişmiqyaslı su infrastruktur proqramı, onun maliyyələşmə mexanizmləri, eləcə də tərəflər üçün qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Sosial şəbəkələr və oyunlar: Yeni dövrün səssiz təhlükəsi













