Türkiyəli alim: Xocalı soyqırımının bir daha təkrarlanmaması üçün o unudulmamalıdır
Far.Az xəbər saytı

Türkiyəli alim: Xocalı soyqırımının bir daha təkrarlanmaması üçün o unudulmamalıdır


Xocalı soyqırımının bir daha təkrarlanmaması üçün o unudulmamalıdır.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Ankaradakı İsmayıl Qaspralı adına Xarici Siyasət İnstitutunun rəhbəri, professor Esma Özdaşlı deyib.

O qeyd edib ki, bu soyqırımı unutmaq yüzlərlə məsum insanın xatirəsinə xəyanət olar:

"Bu istiqamətdə türk dövlətlərinin tarixçi və hüquqşünaslarının ortaq əməkdaşlığına ehtiyac var. Xocalıda və bu qəbildən türk xalqlarına törədilən saysız qətliamlarla bağlı elmi fəaliyyətimizi birgə aktivləşdirməklə biz beynəlxalq aləmdə soyqırımı aktlarını tanıda bilərik".

E.Özbaşlının fikrincə, Xocalıdakı qanlı cinayətlər BMT-nin "Soyqırımı Cinayətinin Qarşısının alınması və onun cəzalandırılması" haqqında Konvensiyanın "soyqırımı aktı" anlayışına tam olaraq uyğundur.

Oxşar xəbərlər

Şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər