Tbilisidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan sərgi və film nümayişi keçirilib
Far.Az xəbər saytı

Tbilisidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan sərgi və film nümayişi keçirilib


Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı soyqırımınin 34-cü ildönümü ilə əlaqədar "Unutmadıq, Unutdurmarıq" adlı anım sərgisi təşkil olunub.

"Far.Az"un yerli bürosu xəbər verir ki, tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilib.

Sərgidə 1992-ci ilin fevralında baş vermiş faciə zamanı çəkilmiş real fotoşəkillər nümayiş etdirilib. Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən sənədli film də nümayiş olunub.

Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir:

"Faciə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və qurbanların xatirəsinin yaşadılması hər bir azərbaycanlının mənəvi borcudur".

Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sənan Baxşıyev çıxışında Xocalı faciəsinin tarixi-siyasi mahiyyətindən danışıb.

Qeyd edilib ki, Dağlıq Qarabağ bölgəsində baş verən hadisələr minlərlə ailəni doğma torpaqlarından didərgin salıb. Xocalı ağrısı uzun illər Azərbaycan xalqının yaddaşında yaşayaraq ədalət çağırışına çevrilib.

Bu gün həmçinin Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunda da anım mərasimi keçirilib.

Baş konsul Fuad Əzizov çıxış edərək Xocalı faciəsinin tarixi-siyasi mahiyyəti, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və mülki əhaliyə qarşı törədilmiş vəhşiliklər barədə ətraflı məlumat verib.

Çıxış zamanı faciənin canlı şahidi olmuş Xocalı sakini mərhum İlham Quliyevin xatirəsi ehtiramla yad edilib, onun 2026-cı ilin yanvar ayında vəfat etdiyi bildirilib.

Anım mərasimi çərçivəsində Baş Konsulluğun inzibati binasında Azərbaycanın Dövlət Bayrağı yarıya qədər endirilib, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Eyni zamanda bölgədə geniş oxucu auditoriyasına malik TV12.ge informasiya agentliyində "Xocalı soyqırımı – 34 il ötür" sərlövhəli məqalə dərc edilib.

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər