Gülşən Rzayeva: "WUF13 Azərbaycan üçün çox strateji əhəmiyyət kəsb edir"
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) Azərbaycan üçün çox strateji əhəmiyyət kəsb edir.
"Far.Az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin və sessiyanın Milli Koordinatorunun müavini Gülşən Rzayeva WUF13-ün hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, dünyada urbanizasiya sürətlə artır, iqlim dəyişiklikləri baş verir və bu fonda şəhərlər kifayət qədər ciddi çağırışlarla üzləşir: "Urbanizasiya özü ilə iqtisadi imkanlar gətirir, rifah üçün misilsiz imkanlar yaradır. Digər tərəfdən, şəhərlər urbanizasiyaya görə iqlim dəyişikliklərinin nəticələrindən əziyyət çəkirlər. Ona görə də şəhərlərlə bağlı məsələlərin ciddi müzakirəsi ehtiyac əhəmiyyət kəsb edir. Bu forum məhz bu məsələlərə həsr olunacaq. Qlobal səviyyədə şəhərsalma sahəsində olan çağırışlar, iqlim dəyişikliyi fonunda şəhərlərin həll etməli olduğu məsələlər və praktik həll yolları, ölkələrin təcrübələri təqdim olunacaq".
G.Rzayeva qeyd edib ki, WUF13 strateji baxımdan mühüm əhəmiyyət kəsb edən beynəlxalq platformadır: "Bu tədbirlə Azərbaycanın şəhərsalma sahəsində nailiyyətlərini, qabaqcıl təcrübələrini, yəni model ola biləcək təcrübələrini təqdim etmək üçün imkanlar yaranacaq. Bu çərçivədə məlumatlılığın artırılmasında, insanlarda şəhərsalmaya yanaşmanın, şəhər mühitində müəyyən davranışların formalaşmasında medianın çox böyük rolu var".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Peruda güclü zəlzələ olub
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb













