Bakıda WUF13-ə hazırlıq: Şəhərlərin inkişafında yeni yanaşmalar - CANLI
"Artan urbanizasiya şəhərlərin iqtisadi imkanlarını artırmaqla yanaşı həm də ekoloji çağırışların yaranmasına səbəb olur".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu WUF13-ün milli koordinatorunun müavini, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, urbanizasiyanın artması nəticəsində şəhərlər dəyişiklik ilə üzləşən əsas məkanlardır:
"Şəhərlər həm bu proseslərin əhəmiyyətini hiss edir, həm də iqlim dəyişikliklərinə uyğunlaşaraq daha yaxşı nəticələrin əldə olunmasına təsir göstərirlər.
Bu səbəbdən şəhərlərdə müxtəlif məsələlərin ciddi müzakirəsinə ehtiyac daha da artır. WUF13-də ediləcək müzakirə də məhz həmin məsələlərə həsr olunacaq".
Gülşən Rzayeva vurğulayıb ki, qlobal səviyyədə şəhərlərin tanınması sahəsində mövcud olan çağırışlar iqlim dəyişiklikləri fonunda onların fərqləndirilməsi istiqamətində təkmilləşir:
"Ona görə də şəhərlərin üzləşdiyi müxtəlif problemlərin ciddi müzakirəsi və onların həlli yollarının müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Qlobal miqyasda şəhər brendinqi və tanınma sahəsindəki çağırışlar, iqlim dəyişiklikləri kontekstində şəhərlərin fərqləndirilməsi modelinin formalaşdırılmasını zəruri edir. Bu isə şəhərlərin inkişafına yeni yanaşmalar və təkliflər vermək üçün imkanlar yaradır".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













