Azərbaycanda əhalinin bank əmanətləri il ərzində 13 %-dən çox artıb
Bu ilin fevralın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 319,6 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % az, 2025-ci ilin fevralın 1-nə nisbətən isə 2,8 % çoxdur.
Bunun 47,8 %-i, yaxud 19 milyard 762 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 9,2 % azdır.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 13,4 % artaraq 16 milyard 666,6 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 31,5 % artaraq 4 milyard 891 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 21 milyard 550,5 milyon manatı (il ərzində 7,2 % az) qısamüddətli, 19 milyard 769,2 milyon manatı (16,6 % çox) isə uzunmüddətli olub.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanda əhalinin bank əmanətləri 15 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













