Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 2 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 2 %-ə yaxın artıb


Bu ilin yanvarında Azərbaycanda əmlak sığortası üzrə 25,995 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 2,649 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 22,3 % azdır.

Yanvarda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 10,2 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 13,4 manat olub.

Xatırladaq ki, yanvarda Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 156,604 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62,012 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,2 % çoxdur.

Yanvarda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 29,1 manat olub.

Oxşar xəbərlər

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 16 %-dən çox artıb
Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 23 %-ə yaxın artıb
Azərbaycanda icbari sığorta bazarı üzrə ödənişlər 16 %-dən çox artıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 32 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər