Ölkənin bəzi ərazilərində küləkli və yağıntılı hava müşahidə olunub – FAKTİKİ HAVA
Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətindən "Far.Az"a bildirilib ki, qarın hündürlüyü Şahbuzda 39, Xınalıq, Qrızda 31, Şəkidə 30, Zaqatalada (Əlibəy) 29, Qusar (Laza) 22, Şahdağda 18, Lerikdə 15, Xaltanda 14, Qax (Sarıbaş), Daşkəsəndə 13, İsmayıllı (İvanovka), Qəbələdə 10, Qubada 9, Gədəbəydə 8, Altıağac, Yardımlı, Oğuzda 5, Qobustanda 4 sm, Şamaxı, Göygöldə 2 sm-dir.
Yağıntının miqdarı Göyçayda 15, Balakəndə 12, Şahbuzda 10, Tovuz, Şabranda 8, Ağstafada 5, Mingəçevir, Goranboyda 4, Bakıda və Abşeron yarımadasında, eləcə də Şəmkir, Kürdəmir, Lənkəran, Astara, Ağdamda 3, Naxçıvan, Gəncə, Tərtərdə 2, Ceyrançöl, Culfa, Ordubad, Naftalan, Ağsu, Bərdə, Yevlax, Sabirabad, Neftçalada 1 mm-dir.
Şərq küləyi əsib, küləyin maksimal sürəti Neftçalada 20, Naftalanda 18, Biləsuvarda 16 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Balakən, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Qrız, Göyçayda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR 1, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
"İvanovka"da kərə yağı SAXTALAŞDIRILIB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı













