Ceyhun Bayramov: Dünya geniş spektrli problemlərlə mübarizə aparmağa davam edir
Dünya heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi geniş spektrli problemlərlə mübarizə aparmağa davam edir.
“Far.Az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən söyləyib.
Onun sözlərinə görə, dərinləşən qlobal iqlim böhranı, artan bərabərsizlik, yaranan fikir ayrılıqları və yüksələn gərginlik “kökən və məskənimizdən asılı olmayaraq hamımıza təsir edir”.
“Çoxtərəfli münasibətlərin işlədiyini və heç kimi geridə qoymadan fəaliyyət birliyini təmin edə biləcəyini göstərmək vaxtı gəlib”, – ölkənin baş diplomatı vurğulayıb.
XİN başçısı qeyd edib ki, beynəlxalq siyasətin hazırkı durumu fikir ayrılıqlarına səbəb olur, beynəlxalq hüququn ümumqəbul edilmiş fundamental norma və prinsipləri nəzərə alınmır və yanlış şərh edilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Xarici işlər naziri: Azərbaycan 2020-ci ildən bəri 140-dan çox ölkəyə yardım edib
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edir
Ceyhun Bayramov BMT Baş Assambleyasının “Gələcəyin Sammiti”ndə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə













