Azərbaycan və İspaniyanın baş diplomatları regionda sabitliyin qorunmasının vacibliyini vurğulayıblar
Far.Az xəbər saytı

Azərbaycan və İspaniyanın baş diplomatları regionda sabitliyin qorunmasının vacibliyini vurğulayıblar


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno arasında telefon danışığı aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Report"a bildirilib ki, telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud olan gərgin təhlükəsizlik vəziyyəti və hərbi eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb.

Regionda sabitliyin qorunmasının vacibliyi vurğulanaraq, gərginliyin daha da artmasının qarşısının alınması üçün diplomatik kanalların və siyasi dialoqun əhəmiyyəti qeyd edilib.

Mövcud şəraitdə eskalasiya bölgəsində xarici ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, zərurət yarandığı halda İrandakı İspaniya vətəndaşlarının Azərbaycan sərhədindən keçməklə təxliyəsi ilə bağlı mümkün əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər