

“Vətəndaş cəmiyyəti uğrunda” koalisiya seçkilərlə əlaqədar aralıq hesabatını təqdim edib - FOTO
“Vətəndaş cəmiyyəti uğrunda” QHT Seçki Müşahidə Koalisiyasının parlament seçkiləri ilə əlaqədar aralıq hesabatı təqdim edilib.
Far.Az xəbər verir ki, Seçki Müşahidə Koalisiyasının həmtəsisçisi Zaur İbrahimli qeyd edib ki, Koalisiya Naxçıvan MR-də daxil olmaqla ölkə üzrə 75 seçki dairəsində 500 nəfərdən çox müşahidəçi ilə müşahidə aparacaq.
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə işğaldan azad olunmuş ərazilərdə də müşahidə aparacaq. Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Laçın, Kəlbəcər rayonlarında, Şuşa şəhərində müşahidəçi kimi 30 illik işğaldan sonra öz yurdlarına daimi yaşamaq üçün qayıtmış QHT nümayəndələri cəlb olunub.
Bildirilib ki, seçkilər ərəfəsində Azərbaycandakı ictimai-siyasi mühit tam sabitdir.
Diqqətə çatdırılıb ki, vətəndaş cəmiyyəti nümayəndələri olan 2 namizəd sosial şəbəkələr vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada toplanmış və təqdim olunmuş imzaların etibarsız sayılması ilə verilmiş qərarların qanunsuz olduğunu və subyektiv yanaşmanı əks etdirdiyini bildiriblər.
Bir neçə namizədin imzatoplama kampaniyasına Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin, Bələdiyyələrin əməkdaşlarını cəlb etmək cəhdləri barədə məlumatlar daxil olub.
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Koalisiya MSK məlumatları və açıq mənbələr əsasında qeydə alınmış namizədlərlə əlaqədar təhlil aparıb.
Namizədliyi qeydə alınmış 1052 nəfərin faiz nisbəti ilə yaş qruplara bölgüsü aşağıdakı kimi olub:
18-39 yaş: ~39,4%
40-59 yaş: ~43.0%
60 yaş və yuxarı: ~17,6%
Gender bölgüsünə əsasən namizədlərin faiz nisbəti ilə say bölgüsü aşağıdakı kimidir:
Qadın – 26.4%
Kişi – 73, 6%
Namizədliyi qeydə alınan nəfərdən 308 nəfər 25 siyasi partiyanın nümayəndələridir. 25 siyasi partiyanın 592 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Daha çox namizəd 12 saylı Xəzər Birinci Seçki Dairəsində qeydə alınıb. Dairələr üzrə ən az qeydə alınmış namizədlərin sayı isə 6 nəfərdir.
Oxşar xəbərlər
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Gürcüstanda parlament seçkilərində koalisiya və bloklar iştirak edə bilməyəcək
Olimpiya çempionu Elnur Məmmədli: “Seçkilərdə iştirak edərək, Azərbaycanın inkişafı üçün səs verəcəyəm”
Olimpiya çempionu Toğrul Əsgərov: “Gənclərimizi Milli Məclisə seçkilərdə fəal iştiraka dəvət edirəm”
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz
-
Bakı məktəbində təhlükə - Ayaqyolunun tavanı qəzalı vəziyyətdədir
-
Xalq artistindən İDDİALI FOTOSESSİYA
-
Süd Yolunda qaranlıq maddədən yaranan sirli şüalanma aşkarlanıb
-
Amazon, Snapchat və Zoom daxil olmaqla bir çox saytda qlobal giriş problemi yaşanıb
-
"Qarabağ"ın üçüncü qələbəsi kluba nə qədər QAZANDIRACAQ?