Livan İran vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib
Far.Az xəbər saytı

Livan İran vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib


Livan hökuməti iranlılar üçün vizasız rejimi ləğv etmək qərarına gəlib.

"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Livanın informasiya naziri Pol Morkos bildirib.

"Nazirlər Kabinetinin qərarına əsasən, iranlılar bundan sonra Livana daxil olarkən yenidən viza almalıdırlar", - o deyib.

P.Morkos qeyd edib ki, ölkənin Baş naziri Nəvaf Salam İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Livanda hər hansı hərbi fəaliyyətinin qarşısının alınması üçün tədbirlər görməyi tələb edib.

Nazirin sözlərinə görə, bundan sonra hökumət ölkədə SEPAH-ın istənilən üzvünü saxlayacaq.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər