"İran rejimi həddini aşarsa..." - Cənubi azərbaycanlılar nə kimi addım ata bilər?
Cənubi azərbaycanlı ekspert Elyar Türker İranın son dövrlərdəki hərəkətlərini və bölgədə yaratdığı gərginliyi kəskin şəkildə tənqid edib.
Far.Az xəbər verir ki,E.Türkerin açıqlamalarına görə, İran rejimi siyasi və hərbi bir idarəetmə olmaqla bölgə ölkələrini təhdid etməkdə davam edir. O, İranın son zamanlarda həm Azərbaycana, həm də Türkiyəyə qarşı təhdidlər irəli sürdüyünü, xüsusilə də Naxçıvan bölgəsindəki son hücumları vurğulayıb. "İran, sadəcə, bu gün deyil, İkinci Qarabağ müharibəsində də Ermənistanın yanında yer aldı.
Barış Binali Hərəkatı zamanı da Türkiyənin deyil, Bəşər Əsədin yanında oldu. Hər iki halda da Güney Azərbaycan türkləri, yəni 35 milyon nəfərlik bir millət Azərbaycan və Türkiyənin yanında durdu", – deyə ekspert qeyd edib.
E.Türker İran rejiminin hərəkətlərinin bölgə üçün ciddi təhlükə yaratdığını və xüsusilə Güney Azərbaycan türklərinin öz haqlarını qorumaq üçün fəallaşmalarını gözlədiklərini bildirib: "Əgər İran rejimi həddini bir az daha aşarsa, Güney Azərbaycan türkləri meydana çıxacaq və Azərbaycanın və Türkiyənin yanında duracaqlar".
Ekspert İranın bu təhdid və təcavüzkar hərəkətlərinin bölgədə sülh və sabitlik üçün ciddi bir təhlükə olduğunu və bu siyasətin uğursuz olacağını vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək













