Tramp bəyan edib ki, ABŞ İrandan sonra Kuba ilə "məşğul olacaq"
Birləşmiş Ştatlar əvvəlcə İrana qarşı hərbi əməliyyatı başa çatdırmaq, daha sonra isə Kubaya münasibətdə növbəti fəaliyyət kursunun hazırlanmasına başlamaq niyyətindədir.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə bəyan edib.
"Marko, sən fantastik iş görürsən. Sən Kuba adlanan yerlə bağlı fantastik çalışırsan", – deyə o bildirib. Administrasiya rəhbəri bu sözlərlə ABŞ Dövlət katibi, həmçinin milli təhlükəsizlik üzrə müşaviri olan Marko Rubioya müraciət edib. Trampın fikrincə, "Kuba ilə baş verənlər heyrətamizdir". "Lakin biz əvvəlcə bununla bitirmək istəyirik", – deyə o, İrana qarşı hərbi kampaniyanı nəzərdə tutaraq qeyd edib.
"Sənin və digər bir çox inanılmaz insanın [ABŞ-dən] yenidən Kubaya gedəcəyi vaxt sadəcə zaman məsələsidir. Ümid edək ki, orada qalmaq üçün yox. Biz sənin geri qayıtmağını istəyirik", – deyə Tramp əslən kubalı olan Rubioya müraciətlə sözlərinə davam edib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər













