"Bank of Baku"da maliyyə savadlılığı günü
"Bank of Baku" ASC cəmiyyətin bütün yaş qrupları arasında maliyyə savadlılığının artırılmasını korporativ sosial məsuliyyət fəaliyyətinin əsas hissələrindən biri hesab edir və bu istiqamətdəki addımlarını davam etdirir.
Bu məqsədlə ötən gün Bank əməkdaşlarının övladları üçün maarifləndirici tədbir təşkil edib.
11-15 yaşlı uşaqları əhatə edən və "Maliyyə savadlılığı hər yaşda önəmlidir!" şüarı ilə keçirilən tədbir ikihissəli şəkildə təşkil edilib:
1-ci hissədə uşaqlara "Bank of Baku"nun Ödəniş Sistemləri departamentinin əməkdaşı Gülər Mirzəyeva təlim keçib. Təlim zamanı uşaqlara pulun yaranma tarixi, əsginaslar, büdcə planının formalaşdırılması, büdcənin idarəsi üçün mövcud olan rəqəmsal həllər, eləcə də bank kartlarının növləri, onlardan təhlükəsiz istifadə kimi mühüm mövzularda ətraflı məlumat verilib, uşaqların mövzu ilə bağlı sualları cavablandırılıb.
Tədbirin ikinci hissəsi isə intellektual yarış formatında davam edib. Bu hissədə uşaqlar komandalar şəklində yarışmaqla bərabər, səsləndirilən suallar və onlara verilən cavablar sayəsində də əhəmiyyətli məlumatlar əldə ediblər.
"Bank of Baku" mütəmadi olaraq sosial media kanalları, "Dostbank" mobil tətbiqi, eləcə də təşkil etdiyi tədbirlərlə müştərilərini maliyyə təhlükəsizliyi və fırıldaqçılıq halları barədə məlumatlandırır. Bank bundan öncə "Maliyyə savadlılığı hər yaşda önəmlidir!" şüarı ilə həm məktəblilər, həm də yaşlı nəslin nümayəndələri üçün oxşar layihələr həyata keçirib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir













