Ceyhun Bayramovla Monteneqronun xarici işlər naziri arasında telefon danışığı olub
Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
"Far.Az" xəbər verir ki, nazirlər arasında keçirilmiş telefon danışığında regional təhlükəsizlik məsələləri geniş müzakirə olunub. Söhbət zamanı tərəflər Yaxın Şərqdə mövcud vəziyyətin gərginləşməsi fonunda diplomatik səylərin artırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin qorunmasının vacibliyini qeyd ediblər.
Danışıq zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarına 5 mart tarixində Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı İran İslam Respublikası tərəfindən həyata keçirilmiş dron hücumları barədə məlumat verib. Bu addımın ölkəmizin ərazi bütövlüyünə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.
Nazir Ervin İbrahimoviç İranın ölkəmizə qarşı etdiyi dron hücumlarını qətiyyətlə pisləyib, narahatlıq doğurduğunu bildirərək, Azərbaycanın mövqeyini anlayışla qarşıladığını və ölkəmizlə həmrəy olduğunu qeyd edib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bütün dünya İranın Azərbaycana dron hücumunu qınayır - XÜLASƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













