ABŞ hərbi əməliyyatlar başlayandan bəri İrana qarşı ən böyük zərbələr dalğasını həyata keçirib
Far.Az xəbər saytı

ABŞ hərbi əməliyyatlar başlayandan bəri İrana qarşı ən böyük zərbələr dalğasını həyata keçirib


ABŞ İranın raket infrastrukturunun məhv edilməsinə yönəlmiş "Epik qəzəb" (Epic Fury) hərbi əməliyyatı çərçivəsində ölkədəki obyektlərə indiyə qədərki ən böyük hava zərbələri dalğasını həyata keçirib.

"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox Business"in efirində bildirib.

Onun sözlərinə görə, son zərbə dalğası əməliyyat başlayandan bəri ən irimiqyaslısı olub:

"Biz İranın raket buraxılış qurğularına və raket istehsal olunan müəssisələrə maksimum zərər vururuq. Biz onların potensialını əhəmiyyətli dərəcədə zəiflədirik. Əməliyyatımız sarsıdıcı xarakter daşıyır".

Son günlər Ağ Evdə İrana qarşı hərbi əməliyyatın gücləndirilməsi niyyəti barədə xəbərdarlıq edilirdi.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, əməliyyatın ilk həftəsi ərzində ABŞ qüvvələri 3 000-dən çox hədəfə zərbə endirib.

"Biz yavaşlamırıq", - komandanlığın "X" sosial şəbəkəsində dərc olunan məlumatında bildirilib.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" ilə bağlı tədbir keçirilib
"Nine Senses"də Sağlamlıq Həftəsi çərçivəsində Sağlamlıq Günü keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər