Rəqsanə İsmayılovanın ev dustaqlığı bir ay müddətinə uzadılıb
Far.Az xəbər saytı

Rəqsanə İsmayılovanın ev dustaqlığı bir ay müddətinə uzadılıb


Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri bir aya qədər uzadılıb.

Far.Az "Teleqraf"a istinadla xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında qərar qəbul edib.

Məlumata görə, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri aprelin 4-nə qədər artırılıb.

Qeyd edək ki, R.İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-da barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Ötən ilin dekabrında onun ev dustaqlığı qətimkan tədbiri mart ayına qədər uzadılmışdı.

Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində məsuliyyətə cəlb edilən 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılova dələduzluqda ittiham edilir.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib.

Oxşar xəbərlər

Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Müğənni Rəqsanə İsmayılova barəsində məhkəmədən YENİ QƏRAR
Şirvanda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər