Azərbaycan və Özbəkistanın Hesablama Palataları əməkdaşlığı genişləndirmək niyyətindədir
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşündə iki ölkənin hesablama palataları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin Senatından bildirilib.
Görüş zamanı qeyd olunub ki, Azərbaycan və Özbəkistanın hesablama palataları arasında qarşılıqlı fəaliyyət ardıcıl olaraq inkişaf edir. Tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumu əlaqələrin möhkəmləndirilməsində və təcrübə mübadiləsinin genişləndirilməsində mühüm rol oynayır.
Vurğulanıb ki, hesablama palataları tərəfindən aparılan araşdırmalar və analitik işlər parlamentlərin fəaliyyəti ilə sıx bağlıdır, nəzarət-analitik materiallar əsasında təsirli parlament nəzarəti isə dövlət proqramlarının səmərəli icrasına kömək edir.
Tərəflər həmçinin dövlət və regional büdcələrin formalaşdırılması, nöqsanların qarşısını almaq üçün profilaktik tövsiyələrin hazırlanması, nəzarət sistemlərinin rəqəmsallaşdırılması və korrupsiyaya qarşı qabaqlayıcı mexanizmlərin inkişaf etdirilməsi məsələlərini də müzakirə ediblər.
Görüşün yekunlarına əsasən, Özbəkistan və Azərbaycanın parlamentləri və hesablama palataları arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılıq əldə olunub.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev: Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Qarakənd faciəsindən 35 il ötür
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub













