BMT-nin tədbirində Azərbaycanda qadın hüquqları ilə bağlı dövlət siyasətindən bəhs edilib
BMT-nin baş Qərargahında təşkilatın Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası (CSW70) çərçivəsində "Qadınların əhəmiyyətli rolu: səlahiyyətlərin artırılması üçün ittifaqların qurulması" mövzusuna həsr olunmuş tədbir keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, yan tədbir Serbiyanın ev sahibliyi ilə təşkil olunub.
Tədbirdə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edib.
Komitə sədri bildirib ki, qadınların səlahiyyətləndirilməsi üçün ittifaqların qurulması bərabərlik, sosial ədalət, davamlı inkişaf və güclü cəmiyyət quruculuğu baxımından mühüm əhəmiyyət kəsb edir. O, belə tədbirlərin ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə və təcrübə mübadiləsinə töhfə verdiyini qeyd edib.
B.Muradova çıxışında Azərbaycanda qadın hüquqlarının qorunması və onların ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən də bəhs edib. Qeyd olunub ki, hazırda qanunvericilik orqanında qadınların təmsilçiliyi 20,8 faiz, yerli özünüidarəetmə orqanlarında isə 39,34 faiz təşkil edir. Dövlət qulluqçuları arasında qadınların payı 29,7 faizdir və bu göstərici ilbəil artmaqdadır.
O bildirib ki, qadın sahibkarlığının inkişafı istiqamətində də mühüm irəliləyişlər var. Belə ki, fərdi sahibkarların ümumi sayında qadınların payı 23 faizi keçib və bank əmanətçiləri, vergi ödəyiciləri, eləcə də daşınmaz əmlak sahibləri arasında qadınların sayı artmaqdadır.
Komitə sədri vurğulayıb ki, qadınların səlahiyyətləndirilməsi yalnız dövlət siyasəti ilə deyil, həm də dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, özəl sektor, beynəlxalq təşkilatlar və media arasında güclü əməkdaşlıqla mümkün olur. Bu baxımdan ölkələr arasında birgə tədbirlərin təşkili, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi xüsusi əhəmiyyət daşıyır.
B.Muradova qadınların səlahiyyətləndirilməsinin ədalət və davamlı inkişaf naminə ümumi məsuliyyət olduğunu vurğulayaraq, ölkələri real dəyişikliklərə gətirib çıxaran əməkdaşlıq platformalarında birləşməyə çağırıb. O, həmçinin regional qadın liderlər şəbəkələrinin yaradılması, gənc qadınlar üçün mentorluq proqramlarının təşkili və qadın sahibkarlara dəstək mexanizmlərinin genişləndirilməsi kimi təşəbbüslərin vacibliyini qeyd edib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Qarakənd faciəsindən 35 il ötür
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım













