Bahar Muradova ABŞ-də Yelena Zariç Kovaçeviç ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Far.Az xəbər saytı

Bahar Muradova ABŞ-də Yelena Zariç Kovaçeviç ilə əməkdaşlıq imkanlarını müzakirə edib


BMT-nin Baş Qərargahında keçirilən Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində ABŞ-də səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç ilə görüşüb.

"Report"un ABŞ bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında ailə siyasəti, qadınların hüquqlarının müdafiəsi və demoqrafik inkişaf sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər xüsusilə bu sahələrdə birgə layihələrin həyata keçirilməsinin və əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan və Serbiya arasında mövcud dostluq münasibətlərinin ailə, qadın və demoqrafiya siyasəti sahələrində əməkdaşlığın inkişafı üçün zəmin yaratdığını qeyd edib. Birgə fəaliyyətin daha səmərəli təşkili üçün çevik əlaqə və işçi qruplarının yaradılmasının vacibliyini vurğulayan B. Muradova bildirib ki, bu cür addımlar əməkdaşlığın konkret fəaliyyət müstəvisinə keçməsinə şərait yaradacaq.

Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç Serbiyada demoqrafiya strategiyasının hazırlanması, ailələrin müdafiəsi və gənc ailələrə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. O, bu sahədə Azərbaycanın əldə etdiyi müsbət təcrübənin öyrənilməsinin faydalı olacağını bildirərək, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Görüş tərəflərin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, birgə faydalı təşəbbüslərin həyata keçirilməsi və qarşılıqlı səfərlərin təşkili istiqamətində müzakirələrlə davam edib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına pozulmasıdır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər