Azərbaycanda ötən il sosialyönümlü büdcə xərcləri 15 milyard manatı keçib
Far.Az xəbər saytı

Azərbaycanda ötən il sosialyönümlü büdcə xərcləri 15 milyard manatı keçib


2025-ci ildə Azərbaycanın dövlət büdcəsi xərclərinin 39,5 %-i və yaxud 15,3 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.

"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.

Onun sözlərinə göər, bu, 2024-cü illə müqayisədə 601,5 milyon manat və yaxud 4,1 % çoxdur.

"Son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra edilib ki, bu məqsədlərə təqribən 8 milyard manat məbləğində vəsait sərf edilib. Təkcə keçən il 1,4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir", - deyə Baş nazir əlavə edib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər