Pit Heqset: ABŞ İrandakı məktəbə endirilən zərbə ilə bağlı araşdırmaya başlayıb
Far.Az xəbər saytı

Pit Heqset: ABŞ İrandakı məktəbə endirilən zərbə ilə bağlı araşdırmaya başlayıb


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı məktəbə endirilən zərbə faktı ilə bağlı araşdırma aparır.

"Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı ABŞ-nin müharibə naziri Pit Heqset bəyan edib.

"Bu araşdırma hadisə ilə bağlı bütün halların nəzərdən keçirilməsi üçün nə qədər vaxt lazımdırsa, o qədər davam edəcək", - o deyib.

Nazirin sözlərinə görə, araşdırmanın aparılması üçün CENTCOM hərbi müstəntiq təyin edib. O dəqiqləşdirib ki, bu zabit komandanlığın tərkibinə daxil deyil.

Qeyd edək ki, zərbə nəticəsində şagirdlər və müəllimlər həlak olub.

Daha əvvəl İran Xarici İşlər Nazirliynin sözçüsü İsmayıl Bəqai ölkənin cənubundakı Minab şəhərində ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində məktəbin təxminən 160 şagirdin həlak olduğunu bəyan etmişdi.

Oxşar xəbərlər

Məktəbin ilk günündən FOTOLAR
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər