KİV: "Formula-1" Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışları ləğv edə bilər
Far.Az xəbər saytı

KİV: "Formula-1" Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışları ləğv edə bilər


Yaxın Şərqdəki gərgin vəziyyət fonunda Bəhreyn və Səudiyyə Ərəbistanında növbəti aya planlaşdırılan "Formula-1" yarışları baş tutmaya bilər.

"Far.Az" xəbər verir ki, bu barədə "Sky News" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, növbəti ay hər iki ölkədə qran-pri keçirilməli idi: Bəhreyn tədbirə aprelin 12-də, Səudiyyə Ərəbistanı isə növbəti həftəsonu - aprelin 19-da ev sahibliyi etməli idi.

Regiondakı münaqişələrlə bağlı vəziyyət son günlərdə yaxşılaşma əlamətləri göstərmədiyi üçün qərarın rəsmi təsdiqinin yaxın 48 saat ərzində elan ediləcəyi gözlənilir.

Daha əvvəl həmçinin bildirilib ki, mərhələlər ləğv ediləcəyi təqdirdə "Formula-1" onları mövsüm təqvimindəki digər yarışlarla əvəz etməyi planlaşdırmır.

Oxşar xəbərlər

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər