Jozef Aun: Livan İsraillə birbaşa danışıqlar təklifinə cavab almayıb
Far.Az xəbər saytı

Jozef Aun: Livan İsraillə birbaşa danışıqlar təklifinə cavab almayıb


Livan Prezidenti Jozef Aun İsrail ordusunun "Hizbullah" qruplaşmasının mövqelərinə endirdiyi davamlı zərbələr fonunda birbaşa danışıqların aparılması təklifinə Tel-Əvivdən cavab almadığını bildirib.

"Far.Az" BBC-yə istinadən xəbər verir ki, o, bu barədə Beyrutda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşündən sonra danışıb.

"Mən danışıqlara hazır olduğumu bildirdim, lakin indiyədək qarşı tərəfdən cavab almamışıq", - J.Aun bəyan edib.

Bununla yanaşı, Livan Prezidenti İsrailin zərbələrini tənqid edərək onların dayandırılmasının vacib olduğunu vurğulayıb.

Daha əvvəl J.Aun "Hizbullah"ın Livanın maraqlarını və onun xalqının həyatını nəzərə almamasında ittiham etmişdi.

Öz növbəsində İsrail iddia edir ki, Beyrut "Hizbullah"ın tərksilah edilməsi istiqamətində əhəmiyyətli addımlar atmayıb və əvvəlki atəşkəs razılaşmasına uyğun olaraq bunu Livan hökumətinin vəzifəsi hesab edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər