Vens İranın Minab şəhərində məktəbə endirilən zərbə barədə danışıb
ABŞ administrasiyası hələ də İranın Minab şəhərindəki qızlar məktəbinə zərbə endirilməsinin səbəbləri barədə hərtərəfli anlayışa malik deyil.
"Far.Az" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Vitse-prezidenti Cey Di Vens Şimali Karolina ştatına səfəri zamanı bildirib.
"Hesab edirəm ki, orada tam olaraq nə baş verdiyini hələ tam aydınlaşdırmamışıq. Biz araşdırmanı sona çatdırmalıyıq. Elə deyilmi? Hər hansı addım atmazdan əvvəl baş verənləri, həqiqətən, anlamaq lazımdır", - deyə o, Minabdakı faciə ilə bağlı sualı cavablandırarkən qeyd edib.
Onun sözlərinə görə, Ağ Evin rəhbəri Donald Tramp təkid edir ki, Minabdakı faciənin bütün təfərrüatları "tam həcmdə araşdırılsın".
"Hazırda biz məhz bununla məşğuluq", - vitse-prezident fikrini yekunlaşdırıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb. Elə həmin gün İran hakimiyyəti ölkənin cənubunda qızlar üçün ibtidai məktəbə zərbə endirildiyi barədə məlumat verib, zərbə nəticəsində 160-dan çox insan həlak olub.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər













