Anar Quliyev: Bakı Olimpiya Stadionu WUF13-ün keçirilməsinə hazır vəziyyətdədir
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçiriləcəyi Bakı Olimpiya Stadionunda işlər tamamlanma mərhələsindədir.
"Far.Az" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, foruma hazırlıq tam sürətlə gedir. "Olimpiya stadionu belə mühüm tədbirin keçiriləcəyi məkanı kimi yenidən dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq. Yüksək standartlara cavab verən obyekt olaraq o, səmərəli logistikanı, fasiləsiz işi və bütün iştirakçılar üçün yüksək səviyyəli qonaqpərvərliyi təmin edəcək. Tikinti işləri tamamlanma mərhələsindədir", - o qeyd edib.
A.Quliyev vurğulayıb ki, stadionda 40 əsas sessiya, 350-yə yaxın paralel tədbir, eləcə də "Urban Expo" sərgisi keçiriləcək. "Urban Expo" - sadəcə sərgi məkanı deyil. O, dialoq, tərəfdaşlıq və praktiki əməkdaşlıq mərkəzinə çevriləcək. Startaplar və novatorlar mənzil tikintisi sahəsində dünyanın hər yerindən sınaqdan keçirilmiş həlləri təqdim etmək imkanı əldə edəcəklər", - o əlavə edib
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Peruda güclü zəlzələ olub













