Sırski: Zaporojye ən qaynar nöqtəyə çevrilib
Rusiya Silahlı Qüvvələrinin Ukraynada hücum əməliyyatlarının ən yüksək intensivliyi Zaporojye istiqamətində - Qulyaypole rayonunda qeydə alınır.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski özünün "Telegram" kanalında məlumat yayıb.
"Növbəti günümü səfərdə keçirdim, Zaporojye istiqamətində, Stepnoqorsk, Primorsk, Şerbakov, Qulyaypole, Zelyonı, Varvarovka rayonlarında döyüş əməliyyatları aparan hissələrdə işlədim", - Sırski yazıb.
Onun sözlərinə görə, Rusiya qoşunları bu istiqaməti əsas hədəf sayır və ora xeyli miqdarda qüvvə cəmləşdirir.
"Qulyaypole rayonunda hücum əməliyyatlarının intensivliyi digərləri ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir". - paylaşımda qeyd olunur.
Xatırladaq ki, martın 14-də Sırski hazırda aktiv döyüş əməliyyatlarının davam etdiyi "Cənub" əməliyyat zonasına səfər edib. Onun sözlərinə görə, Ukraynanın Müdafiə Qüvvələri cənub istiqamətində müəyyən hədləri qoruyub saxlayır, tədricən irəliləyir və yaşayış məntəqələrinin azad edilməsi uğrunda döyüşlər aparır.
Həmçinin daha əvvəl bildirilib ki, Rusiya qoşunları son həftələrdə cəbhənin ayrı-ayrı sahələrində hücum əməliyyatlarını aktivləşdiriblər. Zaporojye istiqamətində hücumlar artıb, burada həmlələrin intensivliyi bəzi yerlərdə cəbhənin ən gərgin sahələrindən birinin - Pokrovsk rayonunun göstəricilərini üstələyib.
Oxşar xəbərlər
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Rusiyanın Ukraynadakı uğursuzluğu – dörd yüz illik əsarətdən qurtulacaq ukraynalı - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













