Misirin xarici işlər naziri İranın Körfəz ölkələrinə hücumlarını pisləyib
İranın Fars körfəzi ölkələrinə endirdiyi zərbələrin heç bir bəraəti yoxdur, diplomatik nümayəndəliklərə hücumlar isə beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasıdır.
"Far.Az" Misir Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu qeyd olunan qurumun rəhbəri Bədr Abdel Ati Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı Abdullah bin Zayed Əl Nəhyanla görüşündə bildirib.
"Misir İranın Fars körfəzi dövlətlərinin ərazilərinə zərbələr endirməsini, eləcə də son bir həftə ərzində Birləşmiş Ərəb Əmirliklərinin Ərbildəki konsulluğuna təkrar hücumunu qətiyyətlə pisləyir. Belə hərəkətlər bütün beynəlxalq hüquq normalarının pozulması deməkdir və onlara heç bir bəraət qazandırmaq olmaz", - misirli naziri bildirib.
Bundan əlavə, Misir diplomatiyasının rəhbəri vurğulayıb ki, Qahirə Fars körfəzi dövlətlərinə endirilən zərbələrin dərhal dayandırılmasında təkid edir. O, təhdidlərə qarşı nümayiş etdirdiyi təmkinə görə Əbu-Dabiyə minnətdarlığını bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib -YENİLƏNİB
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib
Müxtəlif ölkələrin rəsmi şəxsləri, qurumlar və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?













