Kaxa Abuladze: Azərbaycanlıları və bu bayramı qeyd edən bütün xalqları təbrik edirəm
Far.Az xəbər saytı

Kaxa Abuladze: Azərbaycanlıları və bu bayramı qeyd edən bütün xalqları təbrik edirəm


İlaxır çərşənbə Gürcüstanın paytaxtında da qeyd olunub və Tbilisi merinin müavini Kaxa Abuladze Novruz bayramını birlik və dostluq bayramı adlandırıb.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, Tbilisi meri Kaxa Kaladzenin müavini Kaxa Abuladze jurnalistlərə açıqlamasında bildirib ki, Novruz bayramı yeni həyatın başlanğıcı, sevgi və birlik bayramıdır.

"Mən azərbaycanlıları və bu bayramı qeyd edən bütün xalqları təbrik edirəm",- o bildirib və hər kəsə sülh arzulayıb.

"Gürcü və Azərbaycan xalqlarının dostluğu əsrlərə söykənir. Əsrlər boyu biz bir-birimizlə sülh və dostluq içində yaşamışıq", - merin müavini qeyd edib.

Tbilisi merinin müavini Azərbaycan icmasına da təşəkkürünü çatdırıb.

Oxşar xəbərlər

Tbilisi merinin müavini Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib
ABŞ-də azərbaycanlı icması Novruz bayramını qeyd edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə "Kənddən Şəhərə" Novruz yarmarkası keçirilir
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər