"Expressbank" Qlobal Pul Həftəsi ilə əlaqədar məktəblilərlə görüşüb
Qlobal Pul Həftəsi çərçivəsində "Expressbank" ASC tərəfindən Xətai rayonu, 55 nömrəli tam orta ümumtəhsil məktəbinin 7 və 8ci sinif şagirdləri üçün maarifləndirici tədbir təşkil olunub.
Seminar zamanı şagirdlərə pulun düzgün idarə olunması, büdcə planlaşdırılması, qənaət vərdişləri və gələcək maliyyə qərarlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib. İnteraktiv formatda təşkil olunan görüş şagirdlərin mövzuya marağını artırmaqla yanaşı, onlara suallarını birbaşa ünvanlamaq imkanı yaradıb. Tədbir zamanı keçirilən viktorina əsasında şagirdlərin mənimsədikləri maliyyə bilikləri dəyərləndirilib və onlardan fəallığı ilə fərqlənənlər həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.
Bankın nümayəndəsi – təlimçi Əkbər Tağıyev çıxışı zamanı bildirib ki, maliyyə savadlılığının erkən yaşlardan aşılanması gələcəkdə daha məsuliyyətli və düşünülmüş maliyyə davranışlarının formalaşmasına zəmin yaradır. O, şagirdlərə pulun düzgün şəkildə yığımını və xərclənməsini öyrənməklə gələcəkdə daha ağıllı və məsuliyyətli maliyyə qərarları verə biləcəklərini, eyni zamanda bu biliklərin onlara pullarını qorumağa, qənaət etməyə və istəklərinə daha düzgün şəkildə çatmağa kömək edəcəyini bildirib.
Qlobal Pul Həftəsi kimi beynəlxalq təşəbbüslərdə fəal iştirak edən "Expressbank" gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirməyi planlaşdırır. Bank bu kimi tədbirlərdə aktivlik göstərməklə şagirdlərin maliyyə dünyasına daha hazırlıqlı daxil olmalarına və düzgün qərarlar vermələrinə dəstək olur.
"Expressbank" uzunmüddətli strategiyasında əhalinin maliyyə savadlılığının artırılmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bank bu məqsədlə müxtəlif yaş qrupları üçün təlimlər, seminarlar və maarifləndirmə məqsədli sosial layihələr həyata keçirir. Qurum hesab edir ki, maliyyə biliklərinin genişləndirilməsi yalnız fərdi rifahın yüksəldilməsinə deyil, həm də ümumi iqtisadi inkişafın güclənməsinə töhfə verir.
"Expressbank" Azərbaycan Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixində verdiyi №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C.
#GlobalMoneyWeek2026 #GMW2026 #SmartMoneyTalks #MaliyyəSavadlılığı
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
Bakıda 44 yaşlı cərrah VƏFAT ETDİ













