Çadda mədrəsəyə dron hücumu nəticəsində azı 16 nəfər həlak olub
Far.Az xəbər saytı

Çadda mədrəsəyə dron hücumu nəticəsində azı 16 nəfər həlak olub


Çadda Sudan ərazisindən gələn pilotsuz uçuş aparatının zərbəsi nəticəsində azı 16 nəfər həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən Çadın "Alwihda" informasiya resursu məlumat yayıb.

Hücum Çadın Sudanla sərhəddə yerləşən sərhədyanı Tine şəhərində həyata keçirilib. Sudan tərəfindən gələn pilotsuz aparat mədrəsə binasının yanında dəfn mərasimi iştirakçılarının üzərinə partlayıcı qurğu atıb.

"Al Jazeera" müxbirinin məlumatına görə, Tine şəhərindəki xəstəxanaya 66 yaralı daxil olub, müstəqil mənbə isə 18-dən çox insanın həlak olduğunu bildirib.

Qeyd edək ki, Çad hökuməti Sudan silahlı qruplaşmalarının öz ərazisinə keçməsinin qarşısını almaq üçün fevralın 23-də Sudanla sərhədi bağlayıb. Bu addım Sudan ordusu ilə "Çevik Reaksiya Qüvvələri" (ÇRQ) hərəkatı arasında Çadla sərhəd yaxınlığındakı Sudanın Şimali və Qərbi Darfur ştatlarında döyüş əməliyyatlarının şiddətlənməsi fonunda atılıb.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər