Azərbaycan donor tərəfdaş kimi Ramazan ayı ərzində 7 ölkədə yardım kampaniyası keçirib
Azərbaycan donor tərəfdaş kimi Ramazan ayı ərzində müxtəlif ölkələrdə yardım kampaniyaları keçirib.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının donor tərəfdaşı kimi humanitar dəstək fəaliyyətləri çərçivəsində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi ilə bu ilin Ramazan ayı ərzində müxtəlif ölkələrdə genişmiqyaslı tədbirlər, o cümlədən aşağıda sadalanan bir sıra humanitar aksiyalar, iftar süfrələri və yardım kampaniyaları həyata keçirilib.
Belə ki, Suriyanın paytaxtı Dəməşq ətrafında rayonlarda iftar süfrələri təşkil edilib və ərzaq paketləri paylanıb. Bununla yanaşı, Əfqanıstanda qaçqın düşərgələrində 150 ailəyə, İndoneziyanın paytaxtı Cakarta şəhərində "İstiqlal" məscidində kimsəsiz uşaqlara ərzaq paketləri çatdırılıb. Bununla yanaşı, Pakistanda "Sunday" talassemiya mərkəzində, Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən "Xalid İbn Valid" məscidində, Qambiyada və Qvineya-Bisauda iftar məclisləri təşkil olunub.
Aidiyyəti ölkələrdəki diplomatik nümayəndəliklərimiz ilə sıx koordinasiya çərçivəsində həyata keçirilmiş sözügedən tədbirlər əsasən müsəlman ölkələrində və müsəlmanların çoxluq təşkil etdiyi cəmiyyətlərdə aztəminatlı əhali qruplarına dəstək məqsədi daşıyır.
İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı məkanını əhatə edən bu təşəbbüslər eyni zamanda, ölkəmizin yüksək mənəvi dəyərlərə, humanizm prinsiplərinə və əsrlər boyu formalaşmış multikulturalizm ənənələrinə sadiqliyini əks etdirir.
Oxşar xəbərlər
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













