Milli Kitabxana Səməd Vurğunun 120 illik yubileyi münasibətilə elektron layihələri təqdim edib
Milli Kitabxanada Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə elektron layihələr istifadəçilərə təqdim edilib.
"Far.Az" xəbər verir ki, "Xalqımızın ilk Xalq şairi Səməd Vurğun - 120" adlı virtual sərgidə rəsmi sənədlər, şairin şeirləri, poemaları, dram əsərləri, tərcümələri, həyatı haqqında xatirələr, esseler, şeirlər, Səməd Vurğun və uşaq ədəbiyyatı, poeziyası, bədii əsərlərin dili və üslubu, dramaturgiyası və s. mövzularda tədqiqat işləri, monoqrafiyalar, zəngin irsi haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, fotolar və dövri mətbuat materialları fotolar nümayiş olunur.
Milli Kitabxananın "Azərbaycanın Xalq şairi Səməd Vurğun" adlı elektron məlumat bazasında isə şairin irsi haqqında daha geniş və sistemləşdirilmiş tammətnli resurslar "Rəsmi sənədlər", "Həyat və yaradıcılığı", "Həyat və fəaliyyətinin əsas tarixləri", "Görkəmli şəxslər Səməd Vurğun haqqında", "Hikmətli sözləri və aforizmləri", "Əsərləri", "Şeirlərinə yazılmış mahnılar", "Haqqında", "Təltiflər", "Xatirəsinin əbədiləşdirilməsi", "Fotoqalereya" və "Videoqalereya" bölmələrində onlayn istifadəçilərə təqdim edilir.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb













