Dilarə Əliyevadan təsirli paylaşım: "İllər keçir, bəzi yaralar sağalmır"
Far.Az xəbər saytı

Dilarə Əliyevadan təsirli paylaşım: "İllər keçir, bəzi yaralar sağalmır"


Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə bağlı paylaşım edib.

Far.Az xəbər verir ki, o sosial şəbəkədə həyat yoldaşının vəfatının 3-cü ildönümü olduğunu qeyd edib.

"Bu gün sənsiz keçən 3-cü ildir. Deyirlər, zaman hər şeyə məlhəmdir, yaraları sağaldır. Amma bəzi yaralar var ki, illər keçir, onlar sağalmır, dərinləşir. Sənin yoxluğun kimi. Səsin, baxışın, varlığın, yanaşman, özünəməxsus reaksiyalarının hər biri hələ də mənimlədir, amma sən yoxsan. Xatirələrdə, dualarımda həmişə yanımdasan. Səni unutmaq mümkün deyil. Çünki həyatımı inşa edən insan olmusan. Ruhun şad olsun. Mən sənin üçün hər gün daha çox darıxıram" - deyə aktrisa təsirli paylaşım edib.

Məlumat üçün bildirək ki, Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev 2023-cü ilin bu günü avtomobil qəzasında dünyasını dəyişib.

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər