İran ABŞ və İsraildən təzminat tələb edib
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İranın nüvə obyektlərinə son hücumlarını beynəlxalq hüququn pozulması adlandırıb, BMT-ni bu məsələ ilə bağlı qəti mövqe tutmağa çağırıb və bu ölkələrdən nüvə obyektlərinə dəyən ziyanı təzminat ödəməsini tələb edib.
"Far.Az" xəbər verir ki, bu barədə Əraqçinin BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı məktubda deyilir.
Əraqçi bildirib ki, İranın Nətənzdəki və Buşəhr elektrik stansiyasının yaxınlığındakı dinc nüvə obyektlərinə hücumlar BMT nizamnaməsininAtom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) nizamnaməsinin və beynəlxalq hüququn pozulmasıdır
O əlavə etdi ki, nüvə obyektlərinə hücumlar radioaktiv materialların geniş miqyaslı yayılmasına və insanlar və ətraf mühit üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər.
Əraqçi ABŞ və İsrailin İranın nüvə obyektlərini bombalamasını təcavüz aktı adlandırıb, hücumlara dərhal son qoyulmasını, İsrail və ABŞ-nin dəymiş ziyana görə tam təzminat ödəməsini tələb edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













