Srbui Qalyan: Ermənistanın yeni Konstitusiyası hüquqi baxımdan hazırdır
Ermənistanın yeni Konstitusiyası hüquqi baxımdan tam hazırdır, hazırda onun siyasi məzmunu üzərində iş davam etdirilir.
"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin ədliyyə naziri Srbui Qalyan parlamentdə jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, sənəd üzərində iş ictimai müzakirələr nəzərə alınmaqla Konstitusiya islahatı Şurası ilə birgə davam etdiriləcək.
"Proses statik olmadığı üçün bu belə görünməyəcək: mətn dərc olundu və bu qədər. Biz ictimaiyyətin hisslərini hərəkətə gətirmək və düşünmək üçün imkan yaratmaq məqsədilə mətni və ya müddəaları dərc edəcəyik. Başqa sözlə, biz fikirləri toplayacağıq, dəyişikliklər edəcəyik və onlar da Şura ilə müzakirə olunacaq", - o bildirib.
Baş nazir Nikol Paşinyanın yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadların olmamalı olduğuna dair bəyanatını şərh edən nazir vurğulayıb ki, bu siyasi mövqedir və islahat iştirakçılarının öz fikirlərini bildirmək hüququ var.
Onun sözlərinə görə, baş nazir düzgün hesab etdiyi barədə öz fikrini bildirir, Konstitusiya islahatı Şurasının üzvlərinin də öz mövqelərini bildirmək hüququ var.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda beynəlxalq konfrans keçirilir
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













