ADSEA: Respublikanın əksər çaylarında sululuq artıb
Far.Az xəbər saytı

ADSEA: Respublikanın əksər çaylarında sululuq artıb


Mart ayının 27-dən 28-i səhər saatlarınadək Azərbaycan ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.

Bu barədə "Far.Az" Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə istinadən xəbər verir.

Aparılmış monitorinqlərin nəticələrinə əsasən, ən çox artım Böyük Qafqazın Quba–Qusar, Dağlıq Şirvan və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda qeydə alınıb, bəzi çaylarda isə qısamüddətli sel hadisələri baş verib.

Böyük Qafqazdan axan çaylarda suyun səviyyəsi 2–61 sm artıb, Vəlvələçayda isə bu göstərici 196 sm təşkil edib. Hazırda Quba–Qusar və Dağlıq Şirvan bölgələrində bəzi çaylarda sel hadisələrinin davam etdiyi müşahidə olunur.

Qarabağ və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda suyun səviyyəsi 2–78 sm artıb, Zəngilan rayonu ərazisindən axan Bəsitçayda sel hadisəsi qeydə alınıb.

Eyni zamanda, Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikası və Lənkəran–Astara bölgələrindən axan bəzi çaylarda suyun səviyyəsi 4–19 sm artıb.

Məlumata görə, mövcud vəziyyət nəzarətdə saxlanılır, monitorinqlər davam etdirilir.

Oxşar xəbərlər

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər