KİV: ABŞ və İsrailin İsfahan universitetinə hücumu nəticəsində dörd nəfər yaralanıb
Far.Az xəbər saytı

KİV: ABŞ və İsrailin İsfahan universitetinə hücumu nəticəsində dörd nəfər yaralanıb


İsfahan Texnologiya Universiteti ABŞ və İsrailin hücumlarına məruz qalıb, xəsarət alanlar var.

"Far.Az" xəbərə verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində universitetin bir neçə binasına ziyan dəyib, azı dörd işçi yaralanıb.

Qeyd olunur ki, bu, eskalasiya başlayandan bəri universitetə ​​edilən ikinci hücumdur. Daha əvvəl, martın 26-da binaya və bitişik tikililərə ziyan dəydiyi bildirilib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyata başlayıb. İran buna cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər