Covanni Kristofoli: "BP Avropaya onilliklərlə sabit qaz tədarükünü təmin etmək üçün Azərbaycana investisiya yatırır"
BP şirkətinin Azərbaycandakı hazırkı kapital qoyuluşları gələcək onilliklər boyu Avropanın fasiləsiz qaz təchizatını təmin etməyə yönəlib.
"Report" xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli "CERAWeek2026" konfransında iştirakının yekunları ilə bağlı sosial şəbəkədə yazıb.
O vurğulayıb ki, BP üçün tədarük mənbələrinin şaxələndirilməsi həmişə əsas prinsip olub. Avropanın etibarlı, çevik və bazar konyunkturasının dəyişkənliyinə davamlı enerji resurslarına ehtiyacı var.
"Məhz buna görə Cənub Qaz Dəhlizi, beynəlxalq mayeləşdirilmiş təbii qaz (LNG) portfelimiz və alternativ tədarük marşrutlarının kombinasiyası belə əhəmiyyətlidir. Xəzər regionu bu kontekstdə xüsusi yer tutur, Avropa istehlakçılarını qlobal qiymət dəyişkənliyindən qorumağa imkan verən sabit boru kəməri qaz təchizatına zəmanət verir. Bizim cari kapital qoyuluşlarımız - yeni quyuların qazılmasından və "Şahdəniz" yatağında kompressor avadanlıqlarının irimiqyaslı modernləşdirilməsindən tutmuş "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda sərbəst qazın işlənilməsinə qədər - gələcək onilliklər ərzində bu tədarükləri təmin etməyə yönəlib", - şirkətin regional prezidenti yazıb.
C. Kristofoli qeyd edib ki, qaz yaxın gələcəkdə Avropanın enerji sistemindəki əhəmiyyətini qoruyub saxlayacaq - bu, yalnız çevik elektrik enerjisi istehsalı üçün deyil, həm də istilik sektoru və sənayenin hələ də bu növ yanacaqdan böyük dərəcədə asılı olması ilə əlaqədardır. O vurğulayıb ki, Avropada öz hasilatının azalması fonunda LNG və boru kəməri qazının şaxələndirilmiş tədarükü getdikcə daha çox əhəmiyyət kəsb edəcək.
"Bizim prioritetimiz – BP-nin tərəfdaşlarımızın və müştərilərimizin ehtiyac duyduğu dayanıqlı və etibarlı təchizatı təmin edə bilməsinə zəmanət vermək və eyni zamanda aşağı karbonlu enerjiyə keçidə dəstək olmaqdır. Regional prezident dekarbonizasiya mövzusunun "CERAWeek2026" gündəliyində mühüm yer tutduğuna diqqət çəkib. "Platformaların elektrikləşdirilməsi, məşəldə yandırmanın təkmilləşdirilmiş monitorinq vasitələri, rəqəmsal əkizlər və CCUS (karbonun tutma, istifadəsi və saxlanması - red.) layihələri kimi həllərin tətbiqi sayəsində biz "BP"də əməliyyat tullantılarının azaldılması və metan emissiyaları intensivliyinin aşağı salınması istiqamətində mühüm irəliləyiş əldə etmişik. Bununla belə, təkcə texnologiyalar kifayət deyil. Aydın normativ-hüquqi mexanizmlər və sahələrarası əməkdaşlıq da tələb olunur. IOGP (Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyası) daxilindəki fəaliyyətimiz çərçivəsində gələcək tənzimləmə ilə bağlı müzakirələrdə iştirak edərək və operatorlara tullantıların azaldılması üzrə praktiki tövsiyələr verərək bu prosesə öz töhfəmizi veririk", - D. Kristofoli vurğulayıb.
Onun sözlərinə görə, "CERAWeek" konfransı müxtəlif baxış bucaqlarını bir araya gətirməyin nə qədər vacib olduğunu bir daha nümayiş etdirib: "Mən BP-nin, eləcə də Xəzər regionunun formalaşmış bir enerji habı kimi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və onun aşağı karbonlu gələcəyə doğru oynadığı rolla xüsusilə fəxr edirəm".
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
WUF13 dünya mediasının diqqətində
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













