Rusiya Müdafiə Nazirliyi: "An-26" təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub
Far.Az xəbər saytı

Rusiya Müdafiə Nazirliyi: "An-26" təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub


"An-26" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 29 nəfər həlak olub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Axtarış-xilasetmə qrupu tərəfindən "An-26" təyyarəsinin qəzaya uğradığı yer aşkar edilib. Hadisə yerindən verilən məruzəyə əsasən, altı heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olub", - agentlik Rusiya müdafiə idarəsinin bəyanatını təqdim edib.

Daha əvvəl məlum olmuşdu ki, martın 31-də Moskva vaxtı ilə təxminən saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) Rusiya tərəfindən ilhaq edilmiş Ukraynanın Krım ərazisi üzərində planlı uçuşun həyata keçirilməsi zamanı "An-26" hərbi nəqliyyat hava gəmisi ilə əlaqə kəsilib.

"İnterfaks"ın müsahibi dəqiqləşdirib ki, təyyarə qayaya çırpılıb.

Hazırda hadisə yerində Rusiya Müdafiə Nazirliyinin xüsusi komissiyası çalışır. Qəzanın ilkin səbəbi kimi təyyarənin texniki nasazlığı nəzərdən keçirilir.

Oxşar xəbərlər

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı anım tədbiri keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər