Putin: Ermənistan eyni vaxtda Aİ və Aİİ gömrük ittifaqında ola bilməyəcək
Far.Az xəbər saytı

Putin: Ermənistan eyni vaxtda Aİ və Aİİ gömrük ittifaqında ola bilməyəcək


Rusiya Ermənistanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin inkişafına sakit yanaşır, lakin İrəvan eyni vaxtda iki gömrük ittifaqında ola bilməyəcək.

"Far.Az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

"Biz görürük ki, Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin inkişafı barədə müzakirələr gedir. Biz buna tamamilə sakit yanaşırıq. Başa düşürük ki, hər bir ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum üstünlüklər əldə etməyə çalışır. Lakin bu, aydın və ədalətli olmalıdır, necə deyərlər, əvvəlcədən, hələ işin başında deyilməlidir: Aİ və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə gömrük ittifaqında olmaq qeyri-mümkündür. Bu, sadəcə olaraq mahiyyətcə mümkün deyil. Məsələ heç siyasətdə də deyil, məsələ sırf iqtisadi xarakter daşıyır", - Rusiya lideri deyib.

Öz növbəsində, Paşinyan qeyd edib ki, Ermənistan Aİİ və Aİ-yə üzvlüyün uzlaşmadığını başa düşür, lakin hələ ki bu proseslər seçim etmək lazım olan nöqtəyə çatmayıb: "Biz başa düşürük ki, Aİ və Aİİ-yə üzvlük uzlaşmır. Vaxtı gələrsə, Ermənistan xalqı öz qərarını verəcək. Əlbəttə, bu, Ermənistan-Rusiya münasibətlərinə zərər vurmamalıdır".

Oxşar xəbərlər

İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev və Nikol Paşinyan arasında görüş keçirilir
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər