Kaladze: Gürcüstan və ABŞ apreldə yüksək səviyyəli danışıqlar aparacaq
Far.Az xəbər saytı

Kaladze: Gürcüstan və ABŞ apreldə yüksək səviyyəli danışıqlar aparacaq


Gürcüstan və ABŞ aprel ayında ölkələr arasında münasibətlərin yenidən qurulması üçün təməl qoyacaq bir sıra yüksək səviyyəli danışıqlar keçirəcəklər.

"Far.Az"un məlumatına görə, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze bu barədə "Rustavi 2" telekanalına müsahibəsində bildirib.

"Aprel ayında (Gürcüstan və ABŞ arasında - red.) müxtəlif görüşlər keçiriləcək və maraqlı xəbərlər olacaq. Əminəm ki, ölkəmizi və şəhərimizi sevənlər tezliklə ictimaiyyətə məlum olacaq bu məlumatla fəxr edəcəklər. Bu, ümumilikdə münasibətlərə və gələcək tərəfdaşlıqlara, eləcə də münasibətlərin dərinləşməsinə aiddir. Əlavə detalları açıqlamaqdan çəkinəcəyəm; hadisələrin aydınlaşmasını gözləyəcəyik", - o bildirib.

K.Kaladze Tbilisi ilə Vaşinqton arasındakı münasibətlərin təmiz vərəqdə davam edəcəyinə ümid etdiyini bildirib.

Daha əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze və ABŞ dövlət katibi Marko Rubionun telefonla iki ölkə arasında münasibətlərin yenidən qurulmasını müzakirə etdikləri bildirilib.

Oxşar xəbərlər

Kaladze: Gürcüstan və ABŞ apreldə yüksək səviyyəli danışıqlar aparacaqlar
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər