Abdulla Aripov: BTQ yeni logistika imkanları yaradır
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti regionda logistik əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradır.
"Report" xəbər verir ki, bunu Özbəkistan Baş naziri Abdulla Aripov Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.
O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin irəli sürdüyü və təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra mühüm təşəbbüsləri qeyd edib.
"Nəqliyyat bağlantısının gücləndirilməsi əsas istiqamətlərdən biri olaraq qalır. Ötən ilin noyabrında Daşkənddə keçirilən Beynəlxalq Multimodal Nəqliyyat Forumu nəqliyyat və logistika dəhlizlərinin inkişafına və regional bağlantının gücləndirilməsinə yönəlmiş praktik həllərin işlənib hazırlanması üçün mühüm platforma oldu", - o qeyd edib.
Aripovun sözlərinə görə, Özbəkistan belə forumların üzv ölkələrdə müntəzəm olaraq keçirilməsini məqsədəuyğun hesab edir.
"Orta Dəhlizin inkişafı, eləcə də Çin-Qırğızıstan-Özbəkistan və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi də eyni dərəcədə vacibdir, onlar yeni logistik imkanlar yaradır", - o əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi
-
Qarakənd faciəsindən 35 il ötür













