Gürcüstanda 21 yaşlı azərbaycanlının qətli ilə bağlı bir nəfər saxlanılıb
Ötən gün Gürcüstanın Marneuli rayonunda baş verən qətl hadisəsi ilə bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş kişi qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.
İstintaqla müəyyən edilib ki, aprelin 2-də Marneulidə əvvəlcədən mövcud olan narazılıq zəminində yaranmış mübahisə zamanı təqsirləndirilən şəxs 2005-ci il təvəllüdlü Ümid Bayramovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Ağır yaralanan şəxs xəstəxanaya aparılarkən həyatını itirib. Məlumata görə, 21 yaşlı Ümid Bayramov cəmi bir həftə əvvəl ailə həyatı qurmuşdu.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə aparılır. Bu maddə 15 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













