TikTok-u ələ keçirən mahnı: "Yanındayam" gündəmi silkələdi
Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti sürprizini təqdim edib.
Far.Az xəbər verir ki, ifaçı ilk dəfə konsert səhnəsində səsləndirdiyi "Yanındayam" mahnısının rəsmi klipini izləyicilərin ixtiyarına verib. Musiqisi və sözləri Miroya məxsus olan, aranjimanı SarkhanBeats tərəfindən hazırlanan ekran işinin rejissoru Elay Elxandır.
Klipin çəkilişləri Bakının müasir simasını əks etdirən Ağ Şəhər ərazisində həyata keçirilib. Küçə atmosferində lentə alınan kadrlar mahnının ruhunu daha da gücləndirərək izləyicilərə səmimi və sevgidolu hisslər ötürür.
TikTok və digər sosial platformalarda mahnıya minlərlə video çəkilərək paylaşılıb və trendə çevrilib. "Yanındayam" artıq dinləyicilərin böyük marağı ilə qarşılanaraq özünün növbəti meqahit olacağını indidən göstərir.
Xatırladaq ki, "Yanındayam" ilk dəfə 27 mart tarixində Heydər Əliyev Mərkəzində keçirilən konsert zamanı səsləndirilən kimi sosial şəbəkələrdə böyük rezonans doğurub və qısa müddətdə geniş maraq qazanıb. Mahnı bu gün rəsmi klipi ilə birlikdə Röya Ayxanın bütün rəqəmsal platformalarında yayımlanıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Röya Ayxan qardaşı İsmayılla "Nankor"u təqdim etdi
Röya Ayxan "Nuş olsun"u təqdim etdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq













