Azərbaycanda kredit qərarları üçün Ani qeydiyyat sistemi yaradılır - EKSKLÜZİV
Azərbaycanda kreditləşmə sahəsində proseslərin rəqəmsallaşdırılması və məlumat mübadiləsinin operativliyinin artırılması istiqamətində yeni mexanizmlər tətbiq ediləcək.
"Far.Az"un əldə etdiyi məlumata görə, kredit qərarlarının verilməsi prosesinin avtomatlaşdırılması və kreditlərin verildiyi andan etibarən tarixçədə dərhal əks olunmasını təmin edən yeni Ani qeydiyyat sisteminin bu il iyulun 1-nə qədər "Azərbaycan Kredit Bürosu" MMC tərəfindən istismara verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, cari ilin sonuna qədər vətəndaşların öz maliyyə davranışlarını idarə etməsinə imkan verən özünəqadağa xidmətinin də istifadəyə verilməsi planlaşdırılır. Bu xidmət vasitəsilə şəxslər öz adlarına kredit rəsmiləşdirilməsinə məhdudiyyət qoya biləcəklər.
Eyni zamanda, banklar arasında kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğuların mütəmadi aparılması nəzərdə tutulur. Sorğuların nəticələri, mövcud trendlər və təhlillər ictimaiyyətə və maliyyə sektoru iştirakçılarına açıqlanacaq.
Təminat hüquqları və kredit məlumatlarının yenilənməsi prosesində əməliyyat səmərəliliyinin artırılması da prioritet istiqamətlərdən biridir.
Bundan əlavə, kreditlərin verildiyi və ya bağlandığı andan qısa müddət sonra müvafiq məlumatların "Azərbaycan Kredit Bürosu"na təqdim edilməsi üçün məlumat təchizatçıları ilə maarifləndirmə və məlumatlandırma tədbirləri həyata keçiriləcək.
Bu tədbirlər kredit bazarında şəffaflığın artırılmasına, risklərin daha effektiv idarə olunmasına və qərarvermə prosesinin sürətləndirilməsinə xidmət edəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb
-
İsrailin Livana hücumlarında ölənlərin sayı 3400-ü keçib













