İsrailin "Leviafan" qaz yatağında hasilat bərpa olunub
Far.Az xəbər saytı

İsrailin "Leviafan" qaz yatağında hasilat bərpa olunub


İsrailin ən böyük qaz yatağı olan "Leviafan"da İranla müharibənin səbəb olduğu 33 günlük fasilədən sonra hasilat bərpa edilib.

"Far.Az" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi İsrailin ən böyük enerji şirkəti olan "Newmed Energy"dəki mənbəyə istinadən məlumat yayıb.

İlkin məlumatlara görə, bir aylıq fasilə 2026-cı ildəki gözlənilən pul axınına əhəmiyyətli təsir göstərməyəcək. Layihə tərəfdaşları, həmçinin hasilatın dayandırılması ilə əlaqədar dövlətdən kompensasiya alınması imkanını araşdırmaq niyyətindədirlər.

Mənbə vurğulayıb ki, hasilatın bərpası İsrailin Energetika Nazirliyinin bu qərarın "qaçılmaz olduğu"nu bildirməsindən bir gün sonra baş tutub.

"Bloomberg"də qeyd edilib ki, "Leviafan"da işlərin bərpası Yaxın Şərqdə davam edən hücum dalğası fonunda baş verir. ABŞ Prezidenti Donald Trampın Tehranı sülh danışıqlarına məcbur etmək üçün İran infrastrukturuna zərbələr endirəcəyi ilə hədələməsindən cəmi bir neçə saat sonra İran Küveytdəki neft emalı zavoduna və su duzsuzlaşdırma qurğusuna hücum edib. Həmçinin, havada vurulmuş raket qalıqlarının düşməsi səbəbindən Əbu-Dabidəki böyük qaz emalı zavodunda yanğın baş verib.

Xatırladaq ki, "Leviafan" Aralıq dənizinin şelfində yerləşən qaz yatağıdır. "Newmed Energy" şirkəti layihənin təxminən 45 %-nə, "Chevron" 40 %-dən bir qədər az hissəsinə sahibdir, qalan hissə isə "Ratio Energies"ə məxsusdur. Burada hasil olunan qaz həm İsrailin özündə istifadə edilir, həm də ilk növbədə Misirə ixrac olunur.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər