Mahaçqalada subasma səbəbindən üçmərtəbəli ev çöküb
Far.Az xəbər saytı

Mahaçqalada subasma səbəbindən üçmərtəbəli ev çöküb


Mahaçqalada intensiv yağışların səbəb olduğu subasma nəticəsində üçmərtəbəli ev çöküb.

"Far.Az" xəbər verir ki, bu barədə mənbələrə istinadən Rusiya KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, bünövrə şahidlərin gözü qarşısında çökməyə başlayıb, içəridə insanlar ola bilər.

Sosial şəbəkələrdə yayılan kadrlara əsasən, yaşayış evi su ilə dolu uçuruma sürüşüb. Qonşu evlərin sakinlərinin təxliyəsi aparılır.

Dağıstanın paytaxtında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Daha əvvəl xəbər verilib ki, leysan yağışlarının fəsadları səbəbindən Dağıstanın 14 rayonunun 139 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub - YENİLƏNİB - 3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər