Azərbaycanın 19 boksçusu "Böyük İpək Yolu" turnirinin yarımfinalında mübarizə aparacaq
Bakıda ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turniri davam edir.
"Far.Az" xəbər verir ki, yarışın dördüncü günündə kişi boksçular arasında 1/4 final, qadınlarda yarımfinal mərhələsi başa çatıb.
50 kq-da Sübhan Mamedov Şipsi Laçlanla (Avstraliya) üz-üzə gəlib. Dünya çempionumuz hər 3 raundu xeyrinə bitirib və 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, yarımfinalda Qoqa Topuriya (Gürcüstan) ilə döyüşəcək.
Bu çəkidə Bilalhəbaşi Nəzərov də mərhələ adlayıb. O, komanda yoldaşı Yusif Soltanov üzərində vaxtından əvvəl qələbə qazanıb. Nəzərov finala gedən yolda Sahil Allahverdovi (Gürcüstan) ilə qarşılaşacaq.
Məhəmmədəli Aşırəliyev (60 kq) Ümid Rüstəmov 3:2 (29:28, 28:29, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Altınbek Nursultanla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.
Eyni çəkidə Məhəmmədəli Qasımzadə Tolqa Kayanı (Türkiyə) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27). O, finala uğrunda Mouates Beçeqra (Əlcəzair) 4:1 (30:27, 29:28, 30:27, 27:30, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Tayfur Əliyevlə gücünü yoxlayacaq.
Sərxan Əliyevin (70 kq) rəqibi Oliver Vilson (Avstraliya) döyüşə çıxmayıb. Təmsilçimiz yarımfinalda Refik Kartalla (Türkiyə) qarşılaşacaq.
Beləliklə, kişilər arasında sabah keçiriləcək yarımfinal mərhələsində 19 boksçumuz rinqə çıxacaq. Onlar bu mərhələyə yüksəlməklə özləri üçün azı 3-cü yeri təmin ediblər.
Qadınlardan ibarət millimizin heyətində isə Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, Bakı Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən "Böyük İpək Yolu" beynəlxalq turniri aprelin 7-də başa çatacaq. Qadın boksçuların final döyüşləri sabah olacaq.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
Latviya Prezidentinin şərəfinə rəsmi lanç
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Yunanıstan gəmisi Hörmüz boğazı ərazisində hücuma məruz qalıb













